“Monako”nun 2 xalı qaytarıldı
Fransa Futbol Federasiyası (FFF) “Monako”ya şad xəbər verib. Liqa-1 klubuna verilmiş 2 xallıq cəza ləğv olunub.

Qeyd edək ki, mayda “Le Man”la matçda azarkeşlərin yaratdığı iğtişaşa görə FFF “Monako”nun 2 xalını silmiş və 1 oyun azarkeşsiz oynamaqla cəzalandırmışdı. Bu qərarın ardından apellyasiya şikayəti verən klubun etirazı qəbul olunub və cəza ləğv edilib.

Xəbər 865 dəfə oxundu.