"Rəvan" "Bakı" ilə oyuna hazırlaşır
"Rəvan” Premyer Liqanın III turunda üz-üzə gələcəyi "Bakı” ilə oyunun hazırlıqlarını davam etdirir. "Bayıl stadionu”nda hazırlaşan komanda dünən yeni baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında ilk məşqinə çıxıb. Dünənki məşqi sadəcə, izləyən 42 yaşlı mütəxəssis bu dəfə prosesə birbaşa nəzarət edib. Qədirov futbolçular və xətlər arasındakı anlaşmanı gücləndirmək üçün müxtəlif üsullara əl atıb. Futbolçularına saat yarım məşq keçən V.Qədirov texniki-taktiki hazırlığa xüsusi önəm verib. Bu səbəbdən də futbolçular demək olar ki, toplu çalışmalarla "yüklənib”. Futbolçular məşqin son bölümündə qapıya zərbələr, cinah asmalarının qapanması üzərində işləyiblər.

Xəbər 848 dəfə oxundu.