"Atletiko" klubu daha bir transferlə heyətini gücləndirib
Madridin "Atletiko" klubu daha bir transferlə heyətini gücləndirib.

"Deportivo"nun qapıçısı Dani Aranzubiya transfer olunub.

Tibbi müayinədən keçən 33 yaşlı qolkiperlə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Atletiko"nun aşağı yaş qrupunda futbola başlayan Aranzubiya 2000-2008-ci illərdə bu klubun formasını geyib. Daha sonra o, "Deportivo"ya transfer olunub.

Xəbər 972 dəfə oxundu.