Rusiya liderliyi qaytara biləcəkmi?
Bu gün "DÇ-2014"ün seçmə mərhələsində millimizin yer aldığı F qrupunda təxirə salınmış bir oyun keçiriləcək.

Rusiya millisi səfərdə Şimali İrlandiyanın qonağı olacaq.

Fabio Kapellonun komandası bu görüşdə qələbə qazanacağı təqdirdə qrup liderliyini yenidən ələ keçirəcək. Britaniya təmsilçisi isə bu görüşdən 1 xalla ayrılarsa, turnir cədvəlində yığmamızla xal ehtiyatını eyniləşdirəcək. Lakin Şimali İrlandiyanın ehtiyatda hələ bir oyunu da qalır.

Qeyd edək ki, Şimali İrlandiya - Rusiya oyunu martın 22-də keçirilməli olsa da, əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.

14 avqust

"DÇ-2014"ün seçmə oyunu

23:45. Şimali İrlandiya - Rusiya

Xəbər 848 dəfə oxundu.