Azərbaycan Maltaya qarşı
Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxacaq.

Berti Foqtsun komandası Malta yığması ilə qarşılaşacaq.

Oyun saat 21:00-da “Baksel Arena”da start götürəcək.

Bu qarşılaşma komandalar arasında dördüncü duel olacaq. Belə ki, millimiz indiyədək Malta seçməsi ilə üç dəfə qarşılaşıb və hər üç oyunda məğlub olub. Bu baxımdan bügünkü oyunda millimiz rəqibindən qisas almağa çalışacaq.

Qeyd edək ki, cari ildə yığma komandamız üç yoxlama oyunu keçirib. Özbəkistanla qolsuz bərabərə qalan millimiz Lixtenişteynə 1:0 hesabı ilə qalib gəlib. Qətərlə isə 1:1 hesablı nəticə qeydə alınıb.

Xəbər 1105 dəfə oxundu.