"Arda "Atletiko"dan ayrılmayacaq"
"Atletiko"nun (Madrid) futbolçusu Arda Turan yeni mövsümdə də klubunun formasını geyəcək.

Oyunçunun meneceri Ahmet Bulut "Trt Spor"a açıqlamasında Ardanın heç bir kluba transfer olunmayacağını deyib: "Ardaya rəsmi təkliflər var, ancaq hansı komandalar olduğunu demək doğru olmaz. Ancaq Arda "Atletiko"dan ayrılmayacaq. Madriddə qalacaq".

Bulut yanız hər hansı klubun 24 milyon avro verəcəyi təqdirdə onun satıla biləcəyini bildirib: "Ancaq o zaman da futbolçu ilə razılıq əldə olunmalıdır. "Atletiko" da onu buraxmır".

Xəbər 860 dəfə oxundu.