Davud Kərimi rəsmən Türkiyə klubunda
Türkiyənin PTT 1-ci liqasında mübarizə aparan "Fethiyespor" azərbaycanlı qapıçı Davud Kərimi ilə transferini rəsmiləşdirib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda qapıçımızla 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 29 yaşlı qolkiper “Rəvan”dan ayrıldıqdan sonra birinci divizion təmsilçisi "Neftçal"da çıxış edirdi.

Xəbər 944 dəfə oxundu.