PSJ klubu növbəti transfer hədəfini açıqlayıb
Fransanın PSJ klubu növbəti transfer hədəfini açıqlayıb.

Paris təmsilçisi bu dəfə "Barselona" klubunun müdafiəçisi Daniel Alveşə "elçi" düşüb.

Son Fransa çempionu 30 yaşlı futbolçuya yüksək gəlirli müqavilə təklif edib. Lakin braziliyalı futbolçu "Barselona"dan ayrılmaq istəmədiyini bildirib.

Qeyd edək ki, PSJ Alveşin keçidini həll edə bilməyəcəyi təqdirdə "Arsenal"ın müdafiəçisi Bakari Sanya ilə danışıqlara başlayacağı iddia olunur.

Xəbər 889 dəfə oxundu.