"Roma" kapitanı ilə yeni müqavilə imzalayacaq
“Roma”nın kapitanı Françesko Totti klubla yeni müqavilə imzalamağa hazırlaşır.

“Canavarlar” 36 yaşlı yarımmüdafiəçiyə 2 cür – birillik və ikiillik sözləşmə təklif ediblər. Qeyd edək ki, Tottinin hazırkı anlaşması gələn yay başa çatır.

Təcrübəli xavbek bu günlərdə klub rəhbərliyinə yekun qərarını açıqlamalıdır.

Qeyd edək ki, Totti A seriyasının ötən mövsümündə 37 oyunda aktivinə 12 qol və 15 assist yazdırıb.

Xəbər 1116 dəfə oxundu.