"Messi istəməyənə qədər heç kəs birinci ola bilməz"
"Barselona"nın futbolçusu Xordi Alba komanda yoldaşı Lionel Messi haqqında xoş sözlər deyib.

"Marca"ya danışan müdafiəçi argentinalı oyunçunun hər zaman bir nömrəli olduğunu bildirib: "O, bir nömrədir!Kimsə ona yaxınlaşa bilməz. Messi istəməyənə qədər heç kəs birinci ola bilməz".

Yeni çalışdırıcıları Xerardo Martino haqqında da danışan ispaniyalı futbolçu baş məşqçilərindən də razılıq edib: "Barsa" hər zaman sakit baş məşqçilərlə çalışır. Martino futboldan kənar başqa bir şey barədə danışmır. Sadəcə futboldan danışır və bizə meydanda nə etməli olduğumuzdan bəhs edir. Nə oyun tərzimiz, nə də sistemimiz dəyişib".

Xəbər 953 dəfə oxundu.