"Mançester Siti" "Anji"nin futbolçusunu istəyir
"Anji" klubunun futbolçusu Villian karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Braziliyalı futbolçu "Mançester Siti"nin maraq dairəsinə düşüb.

Mançester təmsilçisi Villianın transferi üçün 40 milyon avro təklif edib. Komandada yüksək maaşlı futbolçuların sayını azaltmağı planlaşdıran Mahaçqala təmsilçisi bu təklifi müsbət qarşılayıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən mövsüm qış transfer pəncərəsi dönəmində "Şaxtyor" (Donetsk) klubundan "Anji"yə keçmişdi.

Xəbər 915 dəfə oxundu.