"Qalatasaray"ın müdafiəçisi vətəninə qayıtdı
“Qalatasaray”ın müdafiəçisi Tomas Uyfaluşi vətəninə qayıdıb. Avropada keçirdiyi 13 illik karyerasından sonra 35 yaşlı futbolçu “Sparta” transfer olunub. O, Praqa klubuyla 1 illik müqavilə imzalayıb. 2000-ci ildə “Siqma”dan “Hamburq”a keçən Uyfaluşi daha sonra “Fiorentina” və “Atletiko” kimi klubların da şərəfini qoruyub.

Xəbər 1384 dəfə oxundu.