Millimizin heyətində dəyişiklik edildi
Azərbaycan milli komandasının Malta ilə keçirələck yoldaşlıq oyunu üçün heyətində dəyişiklik edilib.

İdman.com.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, "Sumqayıt" klubunun üzvü Pərdis-Fərcad Azad zədəli olduğu üçün millinin heyətindən kənarda qalıb.

Daha əvvəl adı ehtiyat oyunçuların siyahısına daxil edilmış Cavid Hüseynov isə ("Bakı") millinin təlim-məşq toplanışına cəlb olunub.

Xəbər 895 dəfə oxundu.