"Bursaspor"un yeni baş məşqçisi müəyyənləşdi
Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisinin adı rəsmən müəyyənləşib.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Hikmət Karamanın istefaya göndərilməsinin ardından boş qalmış baş məşqçi postuna "Beşiktaş" və "Fənərbaxça"nın keçmiş çalışdırıcılarından olan Kristof Daum gətirilib.

Almaniyalı mütəxəssislə iki illik müqavilə imzalanıb. Rəsmi imzalanma mərasiminin isə avqustun 14-ü baş tutacağı bildirilib.

Qeyd edək ki, klubun sabiq çalışdırıcısı Hikmət Karaman Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda komandasının evdə "Voyvodina"ya 0:3 hesabı ilə məğlub olmasının ardından istefaya göndərilmişdi.

Xəbər 913 dəfə oxundu.