Ramal Hüseynov "Bucaspor"dan ayrıldı
Bu yay Türkiyənin "Bucaspor" klubuna transfer olunan azərbaycanlı futbolçu Ramal Hüseynov yeni komandası ilə yollarını ayırıb.

Əşyalarını toplamaq üçün Bakıya gələn yarımmüdafiəçi bir daha kluba qayıtmayacağını deyib.

Buna isə Hüseynovun maddi cəhətdən istəklərinin qarşılanmamasının səbəb olduğu bildirilib. Klubun baş məşqçisi Kamal Kılıç da futbolçunun komandadan ayrılmasına razılıq verib.

Qeyd edək ki, Hüseynov bu yay "Bucaspor"la iki illik müqavilə imzalamışdı

Xəbər 953 dəfə oxundu.