Droqba yenə millidə
«Qalatasaray»ın kotdivuarlı ulduzu Didye Droqba uzun zamandan sonra yenidən ölkəsinin millisinə dəvət alıb. İdman.com.az saytı xəbər verir ki, Fil Dişi Sahili millisinin baş məşqçisi Sabri Lamuşi Droqbanı qarşıdakı həftə Nyu Yorkda Meksika yığması ilə keçiriləcək oyuna çağırdığı 23 nəfərlik heyətə salıb.

Futbolçu beləcə fevral ayından oynanan Afrika Millətlər Kuboku seçmə oyunundan bu yana ilk dəfə yığmanın sıralarında olacaq. «Qalatasaray»ın digər kotdivuarlı oyunçusu Emmanuel Ebuene Sabri Lamuşi milləyə çağırmayıb.

Xəbər 1084 dəfə oxundu.