«Beşikdaş» Defoya 3 milyon verir
«Tottenhem»in forvardı Cermeyn Defonun «Beşikdaş»a keçmə ehtimalı barədə daha öncə xəbərlər yayılmışdı. «The Guardian» indi futbolçunun türk klubunda ala biləcəyi illik maaşı da açıqlayıb.

İngilis qəzetinin yazdığına görə istanbullular Defoya ildə 3 milyon funt maaş verməyə hazırdılar. Futbolçu özü karyerasını başqa klubda davam etmək variantını nəzərdən keçirir. Lakin Slaven Biliçin komandası da hücum xətti üçün «Tottenhem»in başqa futbolçusunu da nəzərdən keçirir.

Söhbət Emmanuel Adebayordan gedir. Adebayor ötən mövsümdə komandasının 25 oyununda 4 qol vurub. Defo isə 34 matçda 11 dəfə fərqlənib.

Xəbər 1021 dəfə oxundu.