“Boksçularımız ən azı 5 lisenziya qazanacaqlar”

“London olimpiadasına 1 ildən də az vaxt qalıb. Azərbaycan boks yığması mənim sayəmdə Pekində medal əldə edib. İnanıram ki, yeni nəsl boksçularımız da bunun öhdəsindən gələcəklər. Çünki boks Azərbaycanda populyar idman növü sayılır. İnsanların bizə olan inamını itirmək istəmirik". Bu sözü Azərbaycan boks yığmasının sabiq kapitanı, gənclərdən ibarət milli komandanın hazırkı məşqçisi Şahin İmranov deyib.
30 yaşlı mütəxəssisin fikrincə, Azərbaycan boks yığması Londonda ən azı 5 nəfərlə təmsil olunmalıdır: “Doğrudan da, yeni nəsil boksçular yetişməkdədir. Onlar üzərlərinə düşən məsuliyyəti yaxşı dərk edirlər. Bilirlər ki, Azərbaycan boksunun taleyi onların əlindədir. Biz də məşq proseslərinə gedib gənclərimizə dəstək oluruq. İstərdim ki, London olimpiadasına 7-8 lisenziya qazanaq. Əlbəttə, bəzən istəklər həyata keçir. Odur ki, ən minumum say qeyd edəcəyəm. Ən azından milli komandanın tərkibində 5 nəfər Londona yollanmalıdır. Mən boks yığmasından medallar gözləyirəm”.

Xəbər 1137 dəfə oxundu.