"Qarabağ"ın rəqibini yaxından tanıyaq
"Ayntarxt Frankfurt" Main şəhərində, 1899-cu ildə qurulub. Ağdam təmsilçisinin rəqibi Bundesliqanın qurucu klublarından sayılır. 1959-cu ildə Almaniya çempionu olub. 1991-1992 mövsümündə birinciliyi son turda uğursuz çıxışı ilə əldən verib. "Ştuttqart" həmin sezon ölkə çempionu olub.

1974, 1975, 1981, 1988-ci illərdə Almaniya kubokunu, 1930, 1932, 1953 və 1959-cu illərdə Güney Almaniya çempionluğu sevincini yaşayan "Ayntraxt", 1980-ci ildə UEFA kuboku birincisi və Çempionlar Liqası finalçısı olmağı bacarıb. Qırmızı-qara-ağ rənglərə sahib alman klubunun son tarixlərdəki ən uğurlu çıxışı isə 2011-ci ildə "Antalya-Cup"un birincisi olmasıdır.

"Qarabağ"ımızın bəxtinə güclü rəqib çıxdığını düşünüb, ruhdan düşənlərin xüsusi ilə bilməsi gərəkən Frankfurt klubunun eniş tarixləri və zəif çıxışları haqqındakı statistikası maraqlıdır. Alman klubu 1995-1996, 2000-2001, 2003-2004və 2010-2001 sezonlarında ikinci liqada çıxış etməli olub. Son illərdə, o qədər də stabil oyun nümaiş etdirməyən "Qarabağ"ın növbəti rəqibini püşk-atma sonrası uyğun rəqib hesab edə bilərik.

Nəhayət, "Ayntraxt" komandası "Tvente" ilə müqaisə edə biləcəyimiz rəqib deyil. Onları Polşa "Piast"ına da bənzətmək doğru olmaz. Ancaq yenə də, Qurban Qurbanovun komandasının sərgiləyəcəyi xüsusi əzmkarlıqları, almanların qrup arzularını gözündə qoya bilər.

Mansur Dadaşov, Stokholm
Xüsusi olaraq idman.com.az üçün

Xəbər 1156 dəfə oxundu.