Suarez "Liverpul"dan ayrılmaq istəyir
"Liverpul"un futbolçusu Luis Suarez klubundan ayrılmaq istədiyini bildirib.

"Guardion"a danışan uruqvaylı hücumçü deyib ki, komandası ona Çempionlar Liqasına düşməyəcəkləri təqdirdə klubdan ayrılmasına icazə verəcəyinə söz verib. Ancaq klub verdiyi sözə əməl etməyib:

"Ötən mövsüm böyük bir Avropa klubuna transfer olacaqdım, amma qaldım. O zaman ÇL-ə gedə bilməsək, bu yay ayrılmağıma icazə verəcəklərini demişdilər. Mövsüm ərzində bu komanda üçün hər şeyimi verdim. İndi "Liverpul"un mənə verdiyi sözü tutmasını istəyirəm".

Suarez məsələ ilə bağlı müqaviləsindəki maddəyə əsasən İngiltərə Futbol Federasiyasına müraciət edə biləcəyini bildirib.

26 yaşlı hücumçu "Liverpul"dan ayrılmaq üçün bu qədər israrlı olmasının səbəbini isə belə əlaqələndirib: "Mənim üçün Premeyer Liqa ən önəmli liqalardan biridir. Dünyadakı hər futbolçu burada oynamaq istəyər. Mən sadəcə ÇL-də oynayan bir kluba getmək istəyirəm".

Qeyd edək ki, Suarezlə "Arsenal" və "Real"ın (Madrid) maraqlandığı iddia edilir.

Xəbər 1173 dəfə oxundu.