"Simurq"dan daha bir transfer
"Simurq" klubu bu gün daha bir futbolçu ilə heyətini gücləndirib.

Avstriya toplanışında baxışda da olmuş serbiyalı hücumçu Draqan Ceran komanda ilə 1 illik müqavilə imzalayıb.

26 yaşlı futbolçu "sarı-qaralar"ın heyətində "11" nömrəli formayla mübarizə aparacaq.

Qeyd edək ki, bir vaxtlar Serbiyanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət edilmiş Draqan Ceran "Simurq"un heyətində 9-cu legioner futbolcu olub. Komanda ondan öncə isə bu "transfer pəncərəsi"ndə qapıçı Pavel Kapsa, yarımmüdafiəçilər Patrik Osiako və Raul Kostin, hücumçu Salif Ballo ilə rəsmi müqavilə imzalamışdı. Ötən mövsüm Zaqatala təmsilçisinin uğurları üçün mübarizə aparan Anderson Oliveyra, Dilaver Zrnanoviç, Stepan Polyakın isə müqavilələrinin müddətini daha bir il artırılmışdı.

Xəbər 931 dəfə oxundu.