İsveç mətbuatı "Qarabağ"ı boykot edir?
Ölkə mediası "Gefle"nin növbəti mərhələyə çıxacağına inanmır

"Qarabağ" dünən yerli vaxtla saat 18:00-da İsveçin Sundsval şəhərinə yetişib. Hava Limanından birbaşa otelə yollanan klub haqqında yerli mətbuat, bu saata qədər heç bir xəbər yaymayıb.

"Qarabağ"ın Sundsvala gəlişini yerli mətbuat işıqlandırmır. İstər Gevle, istərsə Sundsval şəhəri üçün kifayət qədər böyük idman hadisəsə olsa da, yerli mətbuatın heç bir xəbər yayımlamaması qərib görünür. Adı çəkilən hər iki şəhərin yerli qəzetləri kifayət qədər geniş oxucu kütləsinə sahibdir və hər iki yerli qəzet "Gevle Dagblad" və "Sundsvalls Dagbolad" ən kiçik idman xəbərini anında, həvəslə oxucularına təqdim etməkdə heç bir zaman gecikmirlər. Məhs bu səbəbdən "GefleDagblad" və "Sundsvalls Dagblad"qəzetləri ilə əlaqə saxlayıb, "Qarabağ"ımızın Sundsvala gəlişi haqqında nə səbəbdən xəbər hazırlamaları ilə maraqlandıq.

İlk əvvəl "Gevle Dagblad" qəzetinə zəng etdik. Bir neçə əməkdaş sualımıza bir başqasının cavab verə biləcəyini söylədikdən sonra, "Qarabağ"ın uzaq şəhər hesab edilən Sundsvala gəldiyini səbəb göstərərək, komandamızın oraya yerləşdiyi haqqında xəbər hazırlaya bilmədiklərini söylədilər və telefon xəttini bir-baş "Sundsvalls Dagblad" qəzetinə caladılar.

Telefonumuza cavab verən qəzet əməkdaşı, yerli xəbərlərin sıxlığından "Qarabağ"ın gəlişi haqqında reportaj hazırlaya bilmədiklərini söylədi.
Ağdam klubunun Sundsvala gəlişini idman hadisəsi hesab etmirsinizmi? Deyə bilərikmi, Azərbaycan komandasının şəhərinizə gəlişi, sizi az maraqlandırır? Sualımıza:

- Xeyr, əsla belə deyil. İş qrafikimizin sıxlığından zaman ayıra bilməmişik. Əmin ola bilərsiniz ki, "Qarabağ" haqqında və komandanızınşəhərimizdə "Gefle" futbol klubunun qonağı olduğu barədə geniş xəbərləri mütləq səhifələrimizdə yerləşdirəcəyik.

Sonra oyun saatını bizdən soruşan isveçli həmkarımızın sualından bir daha aydın oldu ki, bir başqa şəhər klubunun "Norrporten Arena"da, Ağdam klubunu qəbul etməsi, onları az maraqlandırır.

Xatırladaq ki, 8 avqust, yerli saatla 19:00-da başlayacaq "Gefle" -"Qarabağ" cütlüyünün taleyinə aydınlıq gətiriləcəyi oyuna, isveçlilər az maraq göstərir və demək olar ki, komandalarının növbəti mərhələyə adlayacağına inamır. "Norrporten Arena"da baş tutacaq qarşılaşmaya bu dəqiqəyə qədər, təxmini olaraq 500 bilet satılıb. "Qarabağ" tərəfdarlarının biletləri bu hesaba aid edilmir.

Mansur Dadaşov, Stokholm
Xüsusi olaraq idman.com.az üçün

Xəbər 1468 dəfə oxundu.