Portuqaliya millisinin futbolçusu "Valensiya"da
Yeni mövsümə hazırlığını davam etdirən "Valensiya" klubu növbəti transferini gerçəkləşdirib.

"Yarasalar" "Saraqoza"nın futbolçusu Elder Poştiqanı transfer edib.

Portuqaliya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb. Bu transfer "Valensiya"ya 3 milyon avroya başa gəlib. Poştiqa uğurlu çıxış edəcəyi təqdirdə "Saraqoza" əlavə olaraq 20 faiz bonus gəlir əldə edəcək.

Qeyd edək ki, 2011-ci ildən "Saraqoza"da çıxış edən 31 yaşlı futbolçu keçirdiyi 70 oyunda 23 qola imza atıb.

Xəbər 921 dəfə oxundu.