"Bavariya" yay transferlərinə son verdi
Ötən mövsüm bütün kubokları qazanan "Bavariya" bu yay başqa transfer etməyəcək.

Bu barədə klubun prezidenti Karl Hayns Rummeniqe "Bild" qəzetinə açıqlamasında deyib.

"Başqa transfer etməyəcəyik. Komanda hazırda olduqca yaxşı vəziyyətdədir. Avropanın və Almaniyanın çox önəmli iki oyunçusu olan Mario Qötze və Tiaqo Alkantaranı komandaya gətirərək heyətimizi daha da gücləndirdik" - deyə klub prezidenti bildirib.

Qeyd edək ki, daha öncə "Bavariya"nın "Çelsi" klubunun müdafiəçisi David Luizlə maraqlandığı iddia edilirdi.

Xəbər 848 dəfə oxundu.