"Qarabağ" İsveçdə
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Gefle"nin qonağı olacaq "Qarabağ" klubu ötən gün Bakı vaxtı ilə saat 16:00-da Azərbaycanı tərk edərək Skandinaviya ölkəsinə yollanıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi artıq İsveçdədir.

"Qarabağ" 5 saatlıq uçuşdan sonra oyunun keçiriləcəyi Sundsvall şəhərinə yetişib. Ardınca komanda məskunlaşacağı otelə yollanıb.

Qurban Qurbanovun komandası bu gün Bakı vaxtıyla saat 22:00-da oyunun keçiriləcəyi meydanda sonuncu məşqinə çıxacaq.

Xəbər 1013 dəfə oxundu.