"Fənərbaxça" daha bir itki ilə üzləşdi
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində evdə "Zalsburq"la qarşılaşan "Fənərbaxça" klubu daha bir itki ilə üzləşib.

Əmrə Bəlözoğlunun ardından "sarı lacivərdlilər"in portuqaliyalı futbolçusu Raul Meyreleş zədələnərək sıradan çıxıb.

"Red Bull Arena"da baş tutan ilk oyunda da zədələnən Meyreleş cavab matçına iynə ilə çıxmışdı. Lakin "Şükrü Saracoğlu" stadionunda keçirilən görüşün 8-ci dəqiqəsində komandasının bərabərlik qoluna imza atan 30 yaşlı futbolçu ilk hissənin sonlarında belində ağrılar hiss etdiyindən baş məşqçidən əvəzlənməsini istəyib. Bununla da, Meyreleş matçın 43-cü dəqiqəsində yerini Alper Potuka buraxıb. Meyreleşin hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.

Qeyd edək ki, "Zalsburq"u 3:1 hesabı ilə məğlub edən "Fənərbaxça" "pley-off" mərhələsində vəsiqə qazanıb.

Xəbər 986 dəfə oxundu.