Ulduzlar Quardiolaya qarşı
«Bavariya»nın «Mançester Siti»yə qarşı oyunundan sonra dünya mətbuatında əsl hay-küy qalxdı. İdman.com.az saytı xəbər verir ki, buna səbəb «Audi Cup-2013» çərçivəsində «Bavariya»nın «şəhərlilər» üzərində çətin qələbəsindən sonra Pizarro və Robbenin sözləri səbəb olub.

Pizarro deyib: «Mən komandaya bu qədər dəyişiklik edən məşqçi görməmişdim». Robbenin isə sözləri belə olub: «Futbolu əslində olduğundan daha mürəkkəb prosesə çevirməyə dəyməz». Quardiolanın özü isə öz işinin əsas məqsədlərini belə açıqlayıb:

«Aydındı ki, mükafatların qazanılması ən çox vacib olan şeydi. Lakin mükafatlar futbolda hələ hər şey deyil. Məni futbolçuların mənə yaxınlaşaraq bu sözləri demələri maraqlandırır: Məşqçi, Siz bizə kömək etdiniz və biz daha yaxşı oynamağa başladıq. Biz çox şeyə məhz Sizinlə işdən öyrəndik».

Xəbər 934 dəfə oxundu.