"Sumqayıt" Sabir Allahquliyevlə müqaviləsini yenilədi
Topaz Premyer Liqasının ilk turunda doğma azarkeşləri qarşısında "Xəzər Lənkəran"la heç-heçə edən "Sumqayıt" klubu hücumçusu Sabir Allahquliyevlə müqaviləsini artırıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, adıçəkilən futbolçu daha 1 il klubun şərəfini qoruyacaq.

Qeyd edək ki, Sabir 2012/13 mövsümündə Topaz Premyer Liqasında 25 oyunda (1216 dəqiqə) meydanda olub və 1 qol vurub.

Xəbər 1082 dəfə oxundu.