Bəhmən Həsənov "Rəvan"a qayıtdı
"Rəvan”ın sabiq baş məşqçisi Bəhmən Həsənov yenidən komandaya qayıdıb.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, rəhbərlik bu dəfə 52 yaşlı mütəxəssisə uşaq futboluna nəzarət etmək üçün vəzifə verib. Belə ki, Həsənov qarşıdakı 2 ildə uşaq futbolu üzrə koordinator kimi çalışacaq.

Qeyd edək ki, Bəhmən Həsənov 2011/12 mövsümündə "Rəvan"da baş məşqçi kimi çalışıb.

Xəbər 921 dəfə oxundu.