Messi yenə Maradonanı təqlid etdi
Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradonanı təqlid etdiyi üçün tənqid edilən "Barselona"nın hücumçusu Lionel Messi yenə də bu hərəkətindən əl çəkmir.

26 yaşlı oyunçu "Barış turu" çərçivəsində Qüdsdə qərb divarına etdiyi ziyarət və oradakı görüntüsü bunu sübut edib.

Belə ki, 1995-ci ildə Maradona da bu müqəddəs məkanı ziyarət etmiş və Messi kimi başında kipa ilə divara kiçik bir yazının olduğu kağız parçasını qoymuşdu.

Qeyd edək ki, 2012-ci ildə "FİFA Qızıl Top" mükafatını qazanan Messi mərasimdə Maradonanın əvvəllər geyindiyi geyimə uyğun geyimi ilə argentinalı əfsanəni təqlid edib. Bundan başqa, "Barsa"lı ulduz Maradonanın 1986-ci ildə dünya kubokunda İngiltərəyə vurduğu qola oxşar qolu 2007-ci ildə vurub. Messi son olaraq həmyerlisinin "Tanrının əli" olaraq adlandırılan qolunun bənzərini də 2007-ci ildə Espanyol"la matçda vurub.

Xəbər 934 dəfə oxundu.