“Synergy Baku” London veloturunda qüvvəsini sınayıb
Londonda birgünlük “RideLondon Surrey Classic“ beynəlxalq velosiped yarışı keçirilib. İdman.com.az saytı avif.az-a istinadən xəbər verir ki, Azərbaycanın “Synergy Baku” komandası da həmin turda iştirak edib. 225 km məsafəni əhatə edən “RideLondon Surrey Classic“da bir sıra tanınmış velosipedçilər də mübarizə aparıblar.

Fransanın “FDJ” komandasının yerli idmançısı Arnaud Demari İngiltərə paytaxında keçirilmiş yarışının qalibi olub. İtaliyanın “Bardiani Valvole CSF Inox” komadasının tanınmış velosipedçisi Saşa Modolo finişə 2-ci gəlib. “Lampre Merida” komandasının fransız velosipedçisi Yanik Martinez 3-cü yer tutub.

“Synergy Baku Cycling Projekt” komadasının idmançıları Xristof Şvayçer və Kiril Pozdnyakov 225 km məsafəni əhatə etmiş “RideLondon Surrey Classic “ velosiped yarışında sona kimi liderlər qrupunda yer alıblar. Finişə qrup şəklində gələn velosipedçilər arasında Xristof Şvayçer və Kiril Pozdnyakov da olub. Xristof Şvayçer finişə 53-cü olaraq gəlib.

Xəbər 1247 dəfə oxundu.