"Dünyanın ən yaxşı hücum xətti PSJ-dədir"
PSJ-nin sabiq idman direktoru Leonardo komandadan ayrıldıqdan sonra ilk açıqlamasını verib.

14 aylıq cəzalandığı üçün istefa vermək məcburiyyətində qalan Leonardo sabiq komandası haqqında müsbət fikirlər səsləndirib. Bildirib ki, dünyada ən yaxşı hücum xətti PSJ-dədir: "PSJ bütün kubokları qazana biləcək hücumçulara sahibdir. Komandada Kavani, İbrahimoviç, Lukas, Pastore, Menez və Lavezzi kimi çox güclü hücumçular var. Bu 6 futbolçu isə dünyanın ən yaxşı hücum xəttini yaradır" - deyə Leonardo bildirib.

O, həmçinin qeyd edib ki, Kavanini komandaya trasnfer olunması onun fikri olub: "İbrahimoviçlə Kavanini bir araya gətirmək mənim fikrim idi. Onların bir-birinə çox rahat uyğunlaşacağına inanıram".

Xəbər 1116 dəfə oxundu.