Qırğızıstanda “Dostluq Kuboku” turniri keçirilir
Qırğızıstanda 16 yaşadək futbolçular arasında “Dostluq Kuboku” turniri keçirilir.

Turnirində çıxış edən Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığması növbəti oyununu keçirib. Komandamızın ikinci rəqibi Tacikistan kollektivi olub.
Qarşılaşma yığmamızın ağır məğlubiyyəti ilə başa çatıb. Taciklər Azərbaycan millisinin qapısından 5 cavabsız top keçiriblər.

Qeyd edək ki, ilk turda belaruslu həmyaşıdları ilə qarşılaşan futbolçularımız 5:3 hesabı ilə qələbə qazanıblar.

Xəbər 798 dəfə oxundu.