"Qarabağ" bu gün İsveçə yollanır
Azərbaycanın Avropa liqasında yeganə təmsilçisi "Qarabağ" bu gün İsveçə yollanır.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Avropa liqasının III mərhələsində "Gefle"nin qonağı olacaq Ağdam təmsilçisi bu gün 16:00-da birbaşa reyslə oyunun keçiriləcəyi Sundsval şəhərinə yollanacaq.

"Qarabağ" səfərə 19 futbolçu ilə yollanacaq. Sundsvalda otellerdən birində məskunlaşacaq təmsilçimiz sabah oyunun keçiriləcəyi stadionda, yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 22:00) sonuncu məşqə çıxacaq.

Xəbər 948 dəfə oxundu.