“Mourinyo “Barselona”nın baş məşqçisi olmaq istəyirdi”
“Barselona”nın sabiq prezidenti Xuan Laporta maraqlı açıqlama verib. O bildirib ki, hazırda “Çelsi”ni çalışdıran Joze Mourinyo qəlbində Kataloniya təmsilçisinə azarkeşlik edir və buna görə də 2008-ci ildə “Barsa”nın sükanı arxasına keçmək istəyib: “Mourinyo 2008-ci ildə “Barselona”nın baş məşqçisi olmaq istəyirdi, amma bu mümkünsüz idi, çünki biz bu posta Xosep Qvardiolanı gətirirdik”.

Qeyd edək ki, Mourinyo 2008-2010-cu illərdə “İnter”i, 2010-2013-cü illərdə isə Madrid “Real”ını çalışdırıb.

Xəbər 885 dəfə oxundu.