İspaniya millisinin hücumçusu Premyer Liqada
“Tottenhem” klubu heyətini gücləndirib. London təmsilçisi “Valensiya”nın futbolçusu Roberto Soldadonu transfer edib. İspaniya milli komandasının 28 yaşlı hücumçusu ilə 4 illik müqavilə imzalanıb. Bu keçid ingilislərə 30 milyon avroya başa gəlib.

Qeyd edək ki, Soldado “Valensiya”ya 2010-cu ildə “Xetafe”dən keçib.

Xəbər 918 dəfə oxundu.