İniyesta: "Fabreqas "Barselona"da qalacaq"
"Barselona" klubunun futbolçusu Andres İniyesta komanda yoldaşı Sesk Fabreqas haqda yayılan transfer xəbərlərinə münasibət bildirib.

"Footbal Espana"ya danışan ispaniyalı futbolçu Fabreqasın komandada qalacağına inandığını deyib:

"Fabreqas "Barselona"da qalacaq. Buna şübhəm yoxdur. O, "Barsa" üçün vacib oyunçudur. Ötən mövsümü yüksək səviyyədə keçirdi. İnanıram ki, Fabreqas yeni mövsüm də bizimlə olacaq".

Qeyd edək ki, Fabreqasla İngiltərənin "Mançester Yunayted" klubu yaxından maraqlanır.

Xəbər 862 dəfə oxundu.