"Gefle" də "Qarabağ"la görüşə tərəfdar toplayır
Həftənin çərşənbə günü, 8 avqustda Avroliqanın 3-cü təsnifat mərhələsinində "Gefle" - "Qarabağ" klubları arasında cavab oyununa, ev sahibi komanda ciddi hazırlaşır.

İdman.com.az saytı İsveçdə yaşayan əməkdaşına istinadən xəbər verir ki, tərəfdar sarıdan sıxıntı çəkmək istəməyən "Gefle", matç günü Gevle şəhərindən "Norrporten Arena"ya xüsusi avtobus səfəri təşkil edir.

Bu nəqliyatla Sundusvala gediş-qayıdış qiyməti bizim pulla təxminən 27 manat müəyyənləşdirilib.

Bundan əlavə, oyunun biletləri də, ucuz qiymətlərlə satışa çıxarılıb. Biletlərin qiyməti 11 manatdan başlayır.

Xəbər 962 dəfə oxundu.