Sonqdan «Qalatasaray» və «Fənər»ə müjdə
Kamerun millisinin sükanına gətirilən Riqober Sonqdan yaxın günlərdə Türkiyə Superkubokunda üz-üzə gələcək «Qalatasaray» və «Fənərbağça» üçün müjdə gəldi.

İdman.com.az saytı xəbər verir ki, Kamerun millisinin avqustun 11-də Parisdə reallaşdıracağı hazırlıq düşərgəsinə «Qalatasaray»dan Şedcu və Daninin, «Fənərbağça»dan isə Pyer Vebonun qatılıb-qatılmayacağı iki klubu çox maraqlandırırdı.

Riqober Sonq hər iki tərəfi rahatladan bir açıqlama verdi. Fransız mətbuatına danışan Sonq Şedcu, Dani və Vebonun milli komandanın heyətində olmayacağını açıqladı.

Xəbər 874 dəfə oxundu.