"Gefle" azarkeşlərə pulsuz yemək təklif edir
"Gefle" klubunun rəsmi internet səhifəsində yerləşdirilmiş elan xeyli maraqlıdır. Avropa Liqası III təsnifat mərhələsinin cavab görüşünün hazırlıqlarına başlayan İsveç təmsilçisi, tərəfdarları da unutmayıb. Çox sayda azərbaycanlının da "Qarabağ"a tribunalardan dəstək verəcəyi matçda azarkeşlərə xüsusi xidmət göstəriləcək.

Oyun günlərində tribunaların ön sırasına polis və hərbiçilərdən ibarət canlı sədd çəkildiyini, bəzi Avropa ölkələrində isə xüsusi güvənlik güclərinin matç saatlarında təhlükəsizliyin təmin edilməsindən ötrü arenalara gətirildiyini görmüşük. "Gefle" digərlərindən fərqlənmək üçün işçi qəbulu haqqında elan yayıb. Könüllülük prinsipləri əsasında işə başlamaq istəyənlərə pulsuz qəhvəaltı və yemək təklif edilir Sitat:

- Bizim təcrübəli işçilərimizlə birlikdə oyuna gələn tərəfdarların xoş münasibətlə qarşılanması və onların matç boyunca özlərini güvənlikdə hiss etməsi məqsədi ilə 18 yaş kriteriyasını doldurmuş, xidmət etməyi sevənləri könüllülük prinsipiyləəməkdaşlığa dəvət edirik.

Xatırladaq ki, Gevle komandasının bu günə qədər "Norrporten Arena"dakı oyunlarında, maksimal pərəstişkar sayı 400 nəfəri keçməyib.

Mansur Dadaşov, Stokholm
Xüsusi olaraq idman.com.az üçün

Xəbər 1058 dəfə oxundu.