Ardanın aldığı villanı bəyənmədilər
İspaniyanın "Atletiko" (Madrid) klubunun türk legioneri Arda Turan İstanbulun Böyükçeşmece səmtində ata-anasına villa almışdı.

Ulduz futbolçu valideynlərin rahat, lüks həyat sürmələri üçün 400 min lirəlik villanı ən müasir mebellə də döşətdirmişdi.

Fəqət, futbolçunun ata-anası bu şəraitə alışa bilməyiblər.
Naçar qalan Arda villanı kirayəyə verib, valideynləri üçünsə illərdən bəri yaşadıqları Bayrampaşada 200 min lirəyə mənzil alıb.

Xəbər 1166 dəfə oxundu.