AZAL-a gələn futbolçu Reynaldonun dostu çıxdı
Azərbaycan Premyer Liqasında mübarizə aparan klublardakı futbolçuların bəzilərinin bir-biri ilə dostluq münasibətinin olması bilinən haldır. Hələki ölkəmizdə qalıb-qalmayacağı bilinməyən AZAL-ın baxışa çağırdığı Alves Da Silva Auqustonun dostları arasında kifayət qədər tanınan simavar. Bu, "Qarabağ"ın futbolçusu Reynaldo. Məlum oldu ki, bu iki futbolçu arasında dostluq münasibəti var.Hətta AZAL-da baxışda olan Auqusto, baş məşqçi Vaqif Sadıqovdan "İnter" - "Qarabağ" oyununa baxmaq üçün icazə də alıb, matçı seyr edib. İki dost stadiondan birgə ayrılıblar. Bu barədə Futbol11.az saytına da Silvanın özü məlumat verib.

Xəbər 1065 dəfə oxundu.