Pəhləvanımız dünya çempionu oldu
Yunan-Roma güləşçilərimiz dünya birinciliyində 3 medal qazandılar
Rumıniya paytaxtı Buxarestdə gənc güləşçilər arasında dünya birinciliyi davam edir. İdman.com.az xəbər verir ki, artıq yunan-Roma növündə yarışlar başa çatıb. Milli komandamızın bu proqramda qazancı 3 medal olub. Bütün görüşlərini qələbə ilə başa vuran Vilayət Qəhrəmanlı (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Eldəniz Əzizli (55 kq) və Rəsul Cunayev (66 kq) bürünc medala layiq görülüblər.
Beləliklə, komanda hesabında Gürcüstan 49 xalla 1-ci, Azərbaycan 38 xalla 2-ci, Rusiya isə 36 xalla 3-cü olub.

Xəbər 1509 dəfə oxundu.