Foqts millimizin heyətini açıqladı | |
Avqustun 14-də "Bakcell Arena"da Malta yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının avqustun 11-dən 14-dək Bakı şəhərində təlim-məşq toplanışı təşkil olunacaq. İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, toplanışa dəvət olunmuş futbolçuların siyahısını belədir: Kamran Ağayev - "Bakı" Anar Nəzirov - "Sumqayıt" Səlahət Ağayev - "İnter" Rəşad Sadıqov - "Qarabağ" Vurğun Hüseynov - "Sumqayıt" Rasim Ramaldanov - "Xəzər Lənkəran" Mahir Şükürov - "Neftçi" Elnur Allahverdiyev - "Xəzər Lənkəran" Maksim Medvedev - "Qarabağ" Ufuk Budak - "Eskişehirspor" (Türkiyə) Bədavi Hüseynov - "Qarabağ" Qara Qarayev - "Qarabağ" Ruslan Abışov - "Rubin" (Rusiya) Elhad Nəziri - "Petrolul Ploiesti" (Rumıniya) Rəşad Sadiqov - "Neftçi" Rahid Əmirquliyev - "Xəzər Lənkəran" Araz Abdullayev - "Neftçi" Əfran İsmayılov - "Bakı" Pərdis Fərcad-Azad - "Sumqayıt" Rauf Əliyev - "Bakı" Cihan Özkara - "Sivasspor" (Türkiyə) Vüqar Əskərov - "Sumqayıt" Rüfət Dadaşov - "Kayzerslautern II" (Almaniya) Ehtiyat oyunçular: Volodimir Levin - "Qəbələ" Əli Gökdemir - "Hannover 96" (Almaniya) Cavid Hüseynov - "Bakı" Elvin Məmmədov - "Bakı" Vüqar Nadirov - "Qarabağ" Qeyd: Topaz Premyer Liqasının 2-ci turunun oyunları nəzərə alınaraq, "Qarabağ", "Sumqayıt", "İnter" və "Xəzər Lənkəran" klublarının oyunçuları millinin təlim-məşq toplanışında avqustun 12-dən etibarən iştirak edəcəklər |
|
Xəbər 980 dəfə oxundu. |
|
|