Messinin təzminat qiyməti açıqlandı
"Barselona" klubunun prezidenti Sandro Rosell hücumçuları Lionel Messinin təzminat qiymətini açıqlayıb.

Rosell Messinin təzminat qiymətinin 250 milyon avro olduğunu bildirib.

Onun sözlərinə görə, Messini almaq istəyən komanda 250 milyon avrosundan keçməlidir: "Messinin təzminat qiyməti 250 milyon avrodur. Əgər bütün vergilər və maliyyə meyarları nəzərə alınsa, bu məbləğ 580 milyon avro edər. Komandadan ayrılmaq istəyən bütün futbolçuları sata bilərik. Ancaq Messini heç bir vəclə buraxmaq niyyətində deyilik".

Qeyd edək ki, Messi bu ilin fevral ayında "Barselona" ilə müqaviləsini 2018-ci ilə qədər uzadıb.

Xəbər 924 dəfə oxundu.