“Sumqayıt” daha 3 futbolçu sifariş etdi
“Sumqayıt” 2013/14 mövsümü üçün PFL-ə təqdim etdiiyi sifariş ərizəsinə daha 3 futbolçunun adını salıb. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi yeni transferlərini sifariş edərək futbolçularının sayını 20-yə çatdırıb.

Belə ki, müdafiəçi Adil İbrahimovla hücumçular – Nurlan Novruzov və Vüqar Əsgərovun adı ərizəyə salınıb. Onların transfer vərəqi vaxtında gəlmədiyindən adları PFL-ə gec göndərilib. Adil “Sumqayıt”da 17, Nurlan 27, Vüqar isə 91 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Sumqayıt” İbrahimovu Rusiyanın “Fakel”, Əsgərovu Latviyanın “Metallurq”, Novruzovu isə “Bakı”dan trasfer edib.
Gənclik şəhəri təmsilçisi “Neftçi”dən icarəyə götürdüyü Ruslan Qurbanovla Elşən Abdullayevi hələ sifariş etməyib.

Xəbər 923 dəfə oxundu.