Premyer liqada ilk məşqçi istefası
Rusiya premyer liqasının debütantı Ural-da baş məşqçi istefası baş verib. Baş məşqçi Pavel Qusev işindən azad edilib. İstefanın səbəbləri haqda məlumat yoxdur. Yeni mövsümdə komanda ilk 3 oyunda cəmi 1 xal toplayıb. Hər 3 oyunu evdə keçirən Yekaterinburqlular ilk görüşdə SSKA ilə heç-heçə etdikdən sonra Spartak və Volqaya məğlub olmuşdular.

Xəbər 856 dəfə oxundu.