"Liverpul"dan rəsmi açıqlama: "Suares satılmır"
"Liverpul"un icraçı direktoru Yan Eyr Luis Suaresin komandada qalacağını bildirib: "Luis məşqlərdə səylə çalışır. Güman edirəm ki, o, mövsümü bizim komandada başlayacaq. "Arsenal"ın təklifi? Biz hər ikisini geri çevirmişik. Suares satılmır. Artıq bunu demişik və deyəcəyik də".

Xəbər 792 dəfə oxundu.