Qvardiola "Bavariya"da ilk kubokunu qazandı
"Bavariya"nın yeni çalışdırıcısı Pep Qvardiola klubu ilə ilk kubokunu qazanıb.

Münhen təmsilçisi Almaniyada keçirilən "Audi-Cup2013" turnirinin finalında "Mançester Siti" ilə qarşılaşıb. Oyun "Bavariya"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da klub "Audi-Cup 2013" kubokunun sahibi olub.

Qeyd edək ki, matçda qolları "Bavariya"dan Tomas Müller və Mario Mandzukiç, "Mançester Siti"dən isə Alvaro Neqrado vurub.


Xəbər 930 dəfə oxundu.