"Hapoel"in futbolçusu rəsmən "Simurq"da
"Simurq" heyətini daha bir legioner futbolçu ilə gücləndirib.

Avstriyadakı təlim-məşq toplanışında baxışda olmuş Patrik Osiako artıq komanda ilə rəsmi müqavilə bağlayıb.

Növbəti bir ildə keniyalı yarımmüdafiəçi Zaqatala təmsilçisinin uğurları üçün mübarizə aparacaq. 26 yaşlı futbolçu "Simurq"un heyətində "8" nömrəli formanı geyinəcək.

Patrik Osiakonun son klubu İsrailin "Hapoel Ber Şeva" kollektivi olub. Bundan əvvəl isə İsveçin "Melbyu", Rumıniyanın “Petrolul” klublarında karyerasını davam etdirib. Patrik həmçinin ölkəsinin yığma komandasının da üzvüdür.


Xəbər 881 dəfə oxundu.